Teymur Rəcəbov liderliyi ələ keçirdi

Teymur Rəcəbov liderliyi ələ keçirdi
  25 May 2021    Oxunub:1453
Mayın 24-də təmsilçilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılıb.
Azvision.az xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gəliblər. Görüşdə heç-heçə qeydə alınıb. Sonrakı turda T.Rəcəbov rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib.

Günün son turunda argentinalı A.Piçot üzərində qələbə qazanan şahmatçımız xalların sayını 6,5-ə çatdıraraq turnir cədvəlində liderliyi ələ keçirib.

Ş.Məmmədyarov isə 7-ci turda ermənistanlı Levon Aronyanı, daha sonra rusiyalı Yan Nepomnyaşini məğlubiyyətə uğradıb. Doqquzuncu turda ABŞ təmsilçisi Uesli So ilə heç-heçə edən Ş.Məmmədyarov günün son qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravı məğlub edib. Şahmatçımız 5 xalla 10-cu sıradadır.

Qeyd edək ki, “The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.

Azvision.az


Teqlər: TeymurRəcəbov  





Xəbər lenti