Samirə Əfəndi birinci yarımfinalda çıxış edəcək

Samirə Əfəndi birinci yarımfinalda çıxış edəcək
  18 May 2021    Oxunub:2515
Ölkəmizi “Avroviziya -2021” mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi bu gün birinci yarımfinal mərhələsində çıxış edəcək.
Azvision.az xəbər verir ki, ifaçı “Mata Hari” mahnısı ilə səhnəyə 14-cü sırada çıxacaq. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl, Lyuk Van Birsdir.

Müsabiqə barədə fikirlərini bölüşən təmsilçimiz deyib: “Mənim mahnım güclü qadın, güclü şəxsiyyət haqqındadır. Bir növ özümü tam olaraq bu mahnıda hiss edirəm. Çünki özüm-özümü güclü qadın kimi görürəm. Mən çox xoşbəxtəm ki, buradayam və hər kəsi görmək şansım var, sizinlə söhbət eləmək imkanım var”.

Qeyd edək ki, müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edəcək.

Xatırladaq ki, Niderland krallığının Rotterdam şəhərində keçirilən beynəlxalq müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb. Müsabiqənin ikinci yarımfinalı mayın 20-də keçiriləcək, final yarışması mayın 22-də baş tutacaq.

Azvision.az


Teqlər: SamirəƏfəndi  





Xəbər lenti