Göygöldə oğurluq edənlər saxlanılıb

Göygöldə oğurluq edənlər saxlanılıb
  17 May 2021    Oxunub:2444
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Hacıməlik qəsəbəsindəki evdən oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Muraz Əzizov və Emin Əsədov Hacıməlik qəsəbəsindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 740 manat nağd pulu və kompüter avadanlığını oğurlayıblar.

Saxlanılan şəxslər maddi sübutla birlikdə istintaqa təhvil verilib faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti