Keçmiş məhkum narkotikə görə tutuldu

Keçmiş məhkum narkotikə görə tutuldu
  17 May 2021    Oxunub:2146
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaratəpə kənd sakini, əvvəllər məhkum olunan N.Kərimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 12 çətənə kolu aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti