Azərbaycan kubokunun final matçının vaxtı bilindi

  17 May 2021    Oxunub :2153
Azərbaycan kubokunun final matçının vaxtı bilindi
Azərbaycan kubokunun final oyununun vaxtı açıqlanıb.
Azvision.az PFL-in saytına istinadən xəbər verir ki, mayın 24-də keçiriləcək həlledici matçın başlama vaxtı dəqiqləşib.

“Keşlə” və “Sumqayıt” arasında görüş saat 19:30 başlayacaq. Qarşılaşma “Bank Respublika Arena”da təşkil olunacaq. Qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azvision.az

Teqlər: Futbol   Azərbaycan   Kubok