Narkotik becərən keçmiş məhkum saxlanıldı

Narkotik becərən keçmiş məhkum saxlanıldı
  15 May 2021    Oxunub:2052
Qubada narkotik tərkibli bitkilər becərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində 2-ci Nügədi kənd sakini, əvvəllər məhkum olunmuş S.Novruzova məxsus həyətyanı sahəyə baxış keçirilib.

Əməliyyat zamanı oradan 3 dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN   Narkotik  





Xəbər lenti