Qazaxda çayxana yanıb

  14 May 2021    Oxunub :1117
Qazaxda çayxana yanıb
Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 27 m² olan dəmir konstruksiyadan ibarət vaqon tipli çayxananın taxta üzlüyü və içərisindəki əşyalar yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Qazax   FHN   Yanğın