DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Azvision.az -a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qıraqlı kəndi ərazisində sanitar-epidemioloji normaları pozaraq gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 3 nəfər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
Azvision.az