Metropolitendə yeni qatarlar

Metropolitendə yeni qatarlar
  22 Yanvar 2013    Oxunub:2392
Rusiyadan gətirilən qatar kompyuterləşdirilmiş sistem əsasında işləyir
Rusiyada istehsal olunan yeni qatar bütün sınaqlardan keçirilib. Qatar 5 vaqondan ibarət olmaqla sərnişinlərin tam rahatlığını təmin edir. Xəttə buraxılan qatarda həmçinin əlillər üçün xüsusi ayrılmış oturacaqlar da var. Səs izolyasiyası üçün nəzərdə tutulan 2 qatlı pəncərələr də qatarı digərlərindən fərqləndirən əsas xüsusiyyətlərdəndir. Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bundan sonra bu qatarlardan istifadə olunacağını bildirib: “Bu qatarları istəyirdik ki, 3-cü xəttə buraxaq. Lakin 3-cü xətdə təmir gedir. Metropolitenin bütün xətləri bir-birindən fərqlənmədiyinə görə, bütün xətlərdə bu qatarı istifadə edə biləcəyik”. Yeni qatarı idarə etmək üçün maşinistlər xüsusi imtahandan keçiblər.


Teqlər:  





Xəbər lenti