Vətənpərvər mahnıların müəllifi: "Şuşada dağlardan Xudayarın səsi gəlirdi"

Vətənpərvər mahnıların müəllifi:    "Şuşada dağlardan Xudayarın səsi gəlirdi"
  09 May 2021    Oxunub:8303
“Şusa işğal olunanda mənim 12 yaşım var idi. Biz Yasamalda yaşayırdıq. Şuşadan qaçqın düşən insanlar yanımızdakı yataqxanaya yerləşdirilirdi. Yaşım az olsa da, o ağrını, o məyusluğu, o itkini bütün qəlbimlə hiss edirdim… İllər keçdi... O dərdlə, o ağrıyla 28 il yaşadıq. Və Allaha min şükür ki, indi doğma Şuşamız, dogma Qarabağımız azaddır. Qəhrəman əsgərlərimizin, Xudayar kimi canını bu torpaq uğrunda fəda edən şəhidlərimizin, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə!.. İndi oğlum Əlinin 12 yaşı var və mən xoşbəxtəm ki, 12 yaşımda mənim hiss etdiyim həsrət hissinin əvəzində, 12 yaşlı oğlumun qəlbində zəfər hissi var!”
Bu fikirlər bir çox vətənpərvər mahnıların sözlərinin müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair Cəlal Qurbanova aiddir. O, özünün Instagram səhifəsində paylaşdığı postda Şuşada olarkən keçirdiyi hissləri ifadə edib:

- Mən Şuşada olanda sanki bu müqəddəs torpağın daşından da, torpağından da, suyundan da... hər yerdən Xudayarın o həzin ifası eşidilirdi. Sanki bütün şəhid olmuş igidlərimizin ruhu oradaydı, bizimləydi... Bu fövqəladə hissi sözlə ifadə etmək belə çətindir... Bəli... Bu musiqi Qarabağımızda hələ çox səslənəcək… İllər ötəcək, nəsillər dəyişəcək, amma bu ifa, bu musiqi möhtəşəm zəfərimizi bizə daim qürurla xatırladacaq!




Teqlər: Şuşa  





Xəbər lenti