“Bəzən telefona lazımsız mesajlar gəlir” - Spiker

“Bəzən telefona lazımsız mesajlar gəlir” - Spiker
  04 Mart 2014    Oxunub:1121
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Elmira Axundova Azərbaycanda internetin sürətindən və provayderlərin fırıldaqçılığından şikayətlənib.
O bildirib ki, qiymətlər azalsa da, provayderlər fırıldaqçılıq edirlər:

“Qiyməti azaltmırlar amma onun əvəzinə guya ki, internetin sürətini artırırlar. Amma Bakı şəhərindəki telefon xətləri bu sürətə dözmürlər. Hər ay 25-30 manat internetə öpul ödəyirik, amma nə verilən internet nə də sürət tələbləri yerinə yetirmir. Mən deputat seçildiyim rayonda Masallıda internetin sürəti çox zəifdir, tez-tez kəsilir. Buna bir çarə tapılmalıdır”.

Daha sonra deputat mobil operatorlardan şikayət edib. Bildirib ki, operatorlar adamlara tez-tez spam xarakterli mesajlar göndərirlər:

“Mənə gündə firmalardan nə qədər mesaj gəlir. Mesajı açanda istifadəçinin pulu gedir. Bu daha çox Bakcelldə müşahidə olunur. Buna Rabitə Nazirliyi araşdırmalıdır.

Deputatın bu çıxışına spiker Oqtay Əsədov da dəstək verib: “Elmira xanım mən də sizinlə razıyam. Bəzən telefona lazımsız mesajlar gəlir”.

Spiker bununla bağlı millət vəkili Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynliyə müraciət edib. Bildirib ki, bu problemi aradan qaldırmaq üçün addımlar atılmalıdır.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti