Baydenin bəyanatı Türkiyə iqtisadiyyatına necə təsir edir?

Baydenin bəyanatı Türkiyə iqtisadiyyatına necə təsir edir?
  26 Aprel 2021    Oxunub:2063
Türkiyənin ABŞ ilə münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə təsirsiz ötüşmədi. Həftəyə lirə enişlə başlayıb.

Azvision.az xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb.
"Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib. Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür. Təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil. Doğrudur, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır. Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır. 14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də belə biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil", - deyə V.Bayramov vurğulayıb.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Türkiyə   Məzənnə   Lirə  





Xəbər lenti