"Kapital Bank" daşınmaz əmlak təminatlı kreditin faiz dərəcəsini endirib
Şərtlərə görə, qeyd olunan təminat predmetləri Bakı, Abşeron və ya Sumqayıt ərazisində olmalıdır. Kredit qismində təqdim olunan vəsait, təminatın maksimum 65%-ni təşkil edə bilər. Maksimum 7 il müddətinə verilən kreditin minimal məbləği 20 min manatdan, illik faiz dərəcəsinə isə güzəşt edilərək 18%-dən başlayır.
Qeyd edək ki, kredit yalnız rəsmi iş yeri olan şəxslərə verilir. Kredit verildikdə təminat qismində olan daşınmaz əmlak sığortalanmalıdır. Müştərilər kredit üzrə müraciətlərini (+994 51) 250 99 99 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.
Azvision.az
Teqlər: Kapiyal-Bank