Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb
  24 Aprel 2021    Oxunub:1314
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin iyun müqaviləsinin dəyəri 1,09% artaraq 1 barelə görə 66,11 dollar təşkil edib.
Azvision.az -ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,16% artaraq 62,14 dollar təşkil edib.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,36 dollar, yaxud 0,6 % artaraq 65,43 dollar təşkil edib.

Azvision.az



Teqlər: Neft  





Xəbər lenti