Rusiyada daha bir sahibkarımız öldürüldü
Evdən çıxan sahibkarın başından zərbə endirən naməlum şəxslər əvvəlcə ondan pul tələb etməyə başlayıblar. Qarşıdurma zamanı döş nahiyyəsindən aldığı güllə yarası nəticəsində sahibkar yerindəcə keçinib.
Qeyd edək ki, mərhumun şəxsiyəti müəyyənləşdirilib. O, 1973-cü il təvəllüdlü hazırda Rusiyanın Çita şəhərində yaşayan fərdi sahibkardır.
Həmçinin,istintaqın məlumatına görə, sahibkarla birgə 17 və 30 yaşlarında olan iki bacısı oğlu da yaşayıb. Və onlardan biri, naməlum şəxsin əlindəki silahı alsa da, həmin şəxs qaçıb gizlənməyə müvəffəq olub.
Faktla bağlı Rusiya Cinayət Məcəllənin müvafiq maddəsi üzrə cinayət işi başlanıb.
AzVision.az