Büdcə xərclərinin 48 faizi sosialyönümlü olub

Büdcə xərclərinin 48 faizi sosialyönümlü olub
  21 Aprel 2021    Oxunub:1522
Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin xərclərinin 48%-i və ya 2 651,6 mln. manat sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəlib.
Maliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 131,8 mln. manat və ya 5,2% çoxdur. 2021-ci ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.

Qeyd edək ki, 2021-ci ilin 1-ci rübündə dövlət büdcəsinin xərcləri 5 414,8 mln. manat proqnoza qarşı 5 523,7 mln. manat və ya 102% icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 269,1 mln. manat və ya 5,1% çoxdur.

Azvision.az


Teqlər: Büdcə  





Xəbər lenti