Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub - FOTOLAR (YENİLƏNİB)

 Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub -  FOTOLAR (YENİLƏNİB)
  21 Aprel 2021    Oxunub:4040
Aprelin 20-də Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub.
Azvision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Dövlətimizin başçısına aqroparkla bağlı məlumat verildi.

Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 2000 baş südçülük istiqamətli olmaqla, 5000 baş iribuynuzlu heyvan saxlanılır. Gündəlik süd istehsalı 50 tondur. Müəssisə gələn ildən etibarən 1000 baş damazlıq düyə yetişdirməyi hədəfləyir. Kompleksdə Azərbaycanda ilk dəfə embrion köçürülməsi həyata keçirilib.

Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Aqropark yaradılarkən müasir suvarma sisteminin quraşdırılması nəzərə alınıb. Suvarma üçün ümumi tutumu 2,6 milyon kubmetr olan iki süni göl yaradılıb. Ərazidə ən müasir texnologiyaların tətbiqi ilə suvarma sistemi qurulub. Ümumilikdə 77 milyon manat sərmayənin yatırıldığı aqroparkda 200 nəfər daimi işlə təmin olunub. Bundan əlavə, mövsümdə işçilərin sayı 500 nəfərə çatır.

Prezident İlham Əliyev aqroparkın heyvandarlıq kompleksi və süni göl ilə tanış oldu.










Azvision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti