Əlillik dərəcəsi vədi ilə insanları aldadan şəxs tutuldu

Əlillik dərəcəsi vədi ilə insanları aldadan şəxs tutuldu
  20 Aprel 2021    Oxunub:2566
Ağsu rayonunda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən şəxs saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini Şahalı adlı şəxsin guya onlara əlillik dərəcələri təyin etdirəcəyini vəd edərək aldatdığını və ümumilikdə 7000 manata yaxın pullarını aldığını bildiriblər.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş rayonun Qiyaslı kənd sakini Şahalı Eminov saxlanılıb.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri davam etdirilir.

Ş.Eminovun Ağsuda, eləcə də respublikanın digər şəhər və rayonlarında oxşar cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə Ağsu Rayon Polis Şöbəsi və ya şəhər telefonlarından 020-226-51-23 nömrəsi, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti