Həyətində çətənə əkən şəxs saxlanıldı

Həyətində çətənə əkən şəxs saxlanıldı
  20 Aprel 2021    Oxunub:1450
Xaçmaz Rayon Polis Şöbəsinin Yalama Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, Yalama PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri ilə rayonun Nabran kənd sakini Ruslan Xanbabayev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman evdən iki bükümdə narkotik vasitə olan heroin, bir bükümdə tiryək və sellofan torbalarda çətənə bitkisinin toxumları, həyətyanı sahəsində yerləşən yarımtikilidən isə plastik qablarda və dibçəklərdə xüsusi aqrotexniki qaydada qulluq edilərək becərilmiş 428 ədəd çətənə kollarının şitilləri aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Ruslan Xanbabayev narkotik tərkibli bitkiləri becərdiyini etiraf edib. Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti