Böyük Qayıdış nə vaxt başlayacaq? - AÇIQLAMA
"İşğaldan azad olunan bütün torpaqlarımız bu müddətdə beynəlxalq standartlara uyğun infrastruktur, o cümlədən, əsas kommunal xidmətlər şəbəkəsi ilə təmin olunacaq. Eyni zamanda, qurulacaq bütün şəhər və kəndlərin bərpası üçün zəruri master-planlar hazırlanacaq. Artıq bu istiqamətdə real addımlar atılmağa başlanılıb. Gözlənilir ki, həmin müddətdə Zəngəzur dəhlizi də istifadəyə hazır olacaq. Sözügedən dövrdə bu istiqamətdə Azərbaycan daxili bütün nəqliyyat və logistik infrastruktur tamamlanacaq.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, Ermənistan tərəfindən süni maneələr yaradılmadığı təqdirdə Mehri bölgəsindən keçən 40 kilometrlik yolun inşası da bundan çox vaxt apara bilməz. Beləliklə, 4 mərhələli Qayıdış Planının ilkin mərhələləri üçün yol-xəritəsinin detalları bəllidir. Bundan sonra məhz məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtması reallaşacaq", - deyə V.Bayramov qeyd edib.
Anar Kəlbiyev
Azvision.az