DYP iki rayonda reyd keçirdi, 25 sürücü cərimələndi

DYP iki rayonda reyd keçirdi,  25 sürücü cərimələndi
  20 Aprel 2021    Oxunub:1778
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı çərçivəsində Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının birgə təşkilatçılığı ilə rayonda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində əsas məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısının alınmasıdır. Bu barədə sürücülərlə bir daha izahat işləri aparılıb və standartlara cavab verməyən 13 avtomobilin sürücüsü barədə inzibati qaydada tədbir görülüb.

Biləsuvarda da rayonun müxtəlif ərazilərində yol polisi və ETSN əməkdaşları tərəfindən reyd təşkil olunub. Sürücülərin bir daha diqqətinə çatdırılıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.

Buna əməl etməyən 12 sürücü barəsində yol polisi əməkdaşları tərəfindən inzibati protokollar tərtib edilib.

Azvision.az


Teqlər: DİN   Reyd  





Xəbər lenti