Azərbaycan ən çox Türkiyəyə məhsul göndərib

Azərbaycan ən çox Türkiyəyə məhsul göndərib
  20 Aprel 2021    Oxunub:2053
Cari ilin yanvar-mart aylarında Azərbaycanın ən çox məhsul ixrac etdiyi İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələri sırasında ilk üçlükdə Türkiyə, Tunis və Liviya qərarlaşıb.
Bu barədə Azvision.az -a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Türkiyəyə ixracın dəyəri 739,3 milyon ABŞ dolları, Tunisə 18,5 milyon dollar, Liviyaya isə 13,5 milyon dollardır. Keçən ilin müvafiq dövrünə nisbətən Türkiyə və Liviyaya ixracın dəyərində artım, Tunisə isə azalma müşahidə olunub.

Azvision.az


Teqlər: Məhsul   İxrac  





Xəbər lenti