Cəbrayıl, Qubadlı və Zəngilana elektrik xətləri çəkilir
İclasda həmçinin qeyd olunub ki, Şükürbəyli yarımstansiyasında işlər tamamlanıb, inteqrasiya işləri gedir, Şuşa yarımstansiyasına gedən birinci və ikinci xətlər quraşdırılıb və yekunlaşmaq üzrədir. Şuşa şəhərində elektrik xətlərinin çəkilməsi, yarımstansiyanın tikintisi ilə bağlı işlər yekunlaşıb. Kəlbəcərdə inşa olunan yarımstansiyada, eləcə də Daşkəsəndən Kəlbəcərə qədər olan elektrik xətlərinin çəkilişi ilə bağlı işlər davam edir. Ağdam yarımstansiyasında işlər başlanıb. Cəbrayıl-Qubadlı, Qubadlı-Zəngilan arasında iki dövrəli elektrik xətlərinin tikintisinə başlanılıb.
Suqovuşan yaşayış məntəqəsi ərazisində yerləşən 4,8 MVt gücündə “Suqovuşan-1” və 3 MVt gücündə “Suqovuşan-2” su elektrik stansiyalarının bərpa işləri davam edir. İşğaldan azad edilmiş ərazilərdə kiçik su elektrik stanisyaları ilə bağlı aparılan inventarlaşdırma işləri davam etdirilir. Cəbrayılda 330 kV-luq yarımstansiyanın layihələndirilməsinə başlanılıb.
Azvision.az
Teqlər: Qarabağ Elektrik-xətləri