Piyadanı vurub qaçan sürücü saxlanılıb

Piyadanı vurub qaçan sürücü saxlanılıb
  19 Aprel 2021    Oxunub:2226
Bakıda piyadanı vuraraq qaçan sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 17-də saat 18 radələrində Binəqədi rayonunun Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini İ.Hüseynov vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti