Bakıda yanğın - İki nəfər tüstüdən zəhərləndi

  18 Aprel 2021    Oxunub : 2173
 Bakıda yanğın  - İki nəfər tüstüdən zəhərləndi
Bakı şəhərinin Nizami rayonunda yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb. Yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın