Gədəbəydə ikimərtəbəli evdə yanğın olub

  17 Aprel 2021    Oxunub : 2059
Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Gədəbəy rayonunun Miskinli kəndində ümumi sahəsi 600 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 8 ədəd pəncərə çərçivəsi, tavan və dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Gədəbəy   Ev   Yanğın