"BMT Qarabağın minalardan təmizlənməsi təklifinə cavab verməyib" - Şoyqu

  17 Aprel 2021    Oxunub : 1968
 "BMT Qarabağın minalardan təmizlənməsi təklifinə cavab verməyib" -  Şoyqu
BMT Dağlıq Qarabağın minalardan təmizlənməsində iştirakla bağlı Rusiyanın təklifinə cavab verməyib.
Azvision.az “TASS” a istinadla xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

“Noyabr ayından biz BMT-nin minalar əleyhinə mərkəzinə gəlin təklifi etmişik. Orada hər yer tamamilə minalanıb. İnsanlar ora qayıda bilmir. Kimsə gəlib? Hələ ki, heç kim”, - Şoyqu deyib.

O bildirib ki, ərazidə rusiyalı minaaxtaranlar çalışır.

"Həm Fövqəladə Hallar Nazirliyi, həm də Müdafiə Nazirliyi və yerli istehkamçılar işləyir. Ancaq başqa heç kim gəlmədi".

Pərvanə Sultanova
Azvision.az

Teqlər: SergeyŞoyqu   Rusiya   Nazir