Saatlı sakinlərindən silah və narkotik götürülüb

Saatlı sakinlərindən silah və narkotik götürülüb
  17 Aprel 2021    Oxunub:1921
Saatlı rayon sakinində qanunsuz odlu silah aşkar edilib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mustafabəyli kənd sakini Surxay İbrahimovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bundan başqa, daxil olmuş digər məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayonun Qara Nuru kənd sakini Tarverdi Salayev saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı qanunsuz olaraq əkib yetişdirdiyi 26 ədəd çətənə bitkisinin şitilləri aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti