Bir sıra ölkələrdən quş əti idxalı məhdudlaşdırılıb
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Almaniya Federativ Respublikasının Berlin şəhərindən, Çexiya Respublikasının Kraloveqradetsk, Moraviya–Sileziya, Ustetsk, Zlin, İsveç Krallığının Vestmanland, Sordermanland, Halland inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azvision.az
Teqlər: AQTA