“Standard & Poor’s” Azərbaycanın reytinqini yüksəldib

“Standard & Poor’s” Azərbaycanın reytinqini yüksəldib
  14 Aprel 2021    Oxunub:725
"Standard & Poor’s Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli emitentin defolt reytinqini "BB+/В" səviyyəsinə yüksəldib.
Azvision.az agentliyə istinadla xəbər verir ki, reytinq “neqativ”dən “stabil”ə doğru dəyişdirilib.

"BB" kateqoriyasına daxil olan müstəqil dövlətlər arasında Azərbaycanın büdcə və xarici fiskal mövqeyi ən güclülərdən biri hesab olunur. Bu mövqe COVID-19-un səbəb olduğu zəif iqtisadiyyat dönəmində qorunub saxlanılıb. "S&P"in proqnozlarına görə, 2021-2024-cü illər ərzində Azərbaycanda ÜDM-in orta illik artım göstəricisi 3,4 faiz təşkil edə bilər. 2020-ci ildə COVID-19 səbəbilə Azərbaycanda ÜDM göstəricisi zəifləyərək 5 faiz təşkil edib.

Agentlik növbəti illərdə Azərbaycan iqtisadiyyatına investisiya həcminin artacağını, inflyasiya göstəricisinin dəyişəcəyini və işsizlik səviyyəsinin ortamüddətli period üzrə enəcəyini proqnozlaşdırır.

Azvision.az


Teqlər: Azərbaycan  





Xəbər lenti