Orta aylıq pensiya 332 manata çatıb

 Orta aylıq pensiya 332 manata çatıb
  14 Aprel 2021    Oxunub:3089
Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8% artaraq 1 aprel tarixinə 332 manata çatıb.

O cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata çatıb ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7% çoxdur.

Azvision.az


Teqlər: Pensiya   ƏƏSMN  





Xəbər lenti