Yol polisi Qərb rayonlarında reyd keçirdi

  14 Aprel 2021    Oxunub : 1225
Yol polisi Qərb rayonlarında reyd keçirdi
Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, reyd zamanı keçidlərdə piyadalara yol verməyən sürücülər polislər tərəfindən müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb. Görülən tədbirlər nəticəsində 20-ya yaxın sürücü məsuliyyətə cəl edilib.

Ağstafa da polis əməkdaşları rayon ərazisində hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə müvafiq tədbirlər keçirilir. Təhlükəsizlik kəmərindən istifadə, konstruktiv dəyişiklik və digər qayda pozuntularının aşkarlanması ilə yadda qalan reyd zamanı bir neçə sakinin sürücülük hüququ olmadan avtomobil idarə etməsi də aşkar edilib.



Görülən qanuna müvafiq tədbirlərlə həmin “sürücülərin” hərəkəti dayandırılıb, avtomobilləri qanunla müəyyən edilmiş qaydada müvəqqəti duracağa yerləşdirilib. 15-dən çox inzibati xəta aşkarlanan reydlər bundan sonra da davam etdiriləcək.

Tovuz rayonunda da anoloji tədbirlər davam etdirilir. Yol Hərəkəti Qaydalarına riayət edilməsi məqsədi ilə rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirir. Əsasən dayanma-durma, piyada keçidlərindən istifadə. Piyadalara yol verilməsinin təmin edilməsi və digər zəruri qaydaların yerinə yetirilməsinə nəzarət edən polis əməkdaşları qeyd edilən bu və digər qayda pozuntularını aşkar etdikdə qanuna müvafiq tədbirlər həyata keçirərək barələrində inzibati qaydada tədbirlər görür. Qeyd edək ki, davam etdirilən tədbirlər nəticəsində həm piyadalara həm də sürücülərə gün ərzində ümumilikdə 20-dən çox inzibati protokol tərtib edilib.



Azvision.az

Teqlər: DYP   Reyd