Şəkidə maşınla vurulan velosipedçi öldü

Şəkidə maşınla vurulan velosipedçi öldü
  13 Aprel 2021    Oxunub:2069
Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini M.Namazov vurulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, Şəki rayonunun Böyük Dəhnə kəndi ərazisində Balakən rayon sakini Ə.Tütünçiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə velosiped sürən kənd sakini M.Namazovu vurub.

Nəticədə M.Namazov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti