Evdən oğurluq edən qadın ələ keçdi

Evdən oğurluq edən qadın ələ keçdi
  13 Aprel 2021    Oxunub:1907
Abşeron rayonunda evdən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, cari il yanvarın 7-də rayon ərazisindəki evlərin birindən 500 manat dəyərində qızıl-zinət əşyaları, 2 min manat məbləğində və 13 min 60 ABŞ dolları məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Qasımova Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti