Bakıda iki şəxsdən narkotik və silah götürüldü

  13 Aprel 2021    Oxunub : 1528
Bakıda iki şəxsdən narkotik və silah götürüldü
Nəsimi rayonu ərazisində iki şəxsdən heroin, ov tüfəngi və dörd ədəd patron götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Nəsimi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şuşa şəhər sakini, əvvəllər məhkum olunmuş N.Süleymanovdan 11 qrama yaxın heroin, Xocavənd rayon sakini D.Ağayevdən müvafiq sənədləri olmayan, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş “İJK” markalı ov tüfəngi və 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Silah