Göygöldə 1 yaşlı uşaq yol qəzasında öldü

  13 Aprel 2021    Oxunub : 1620
Göygöldə 1 yaşlı uşaq yol qəzasında öldü
Göygöl şəhəri ərazisində şəhər sakini İ.İsmayılovun idarə etdiyi “VAZ-2106” və Beyləqan rayon sakini M.Pəsiyevin idarə etdiyi “KHAZAR” markalı avtomobillər toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə “VAZ” markalı avtomobilin sürücüsü və iki sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən bir yaşlı Bahar xəstəxanada ölüb.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN