Qanunsuz balıq ovlayanlar 33 700 manat cərimələnib

Qanunsuz balıq ovlayanlar 33 700 manat cərimələnib
  13 Aprel 2021    Oxunub:1980
2020-ci ilin ilk üç ayı ərzində su hövzələrində qanunsuz ovla bağlı 59 akt, 46 inzibati xəta haqqında protokol tərtib edilib, 33 700 manat inzibati qaydada cərimə tətbiq olunub.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov deyib. Onun sözlərinə görə, təbiətə 13 931 manat ziyan dəyib.

“Bununla bağlı 7 iş üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Bu il Kür çayında qanunsuz ov edən 3 nəfər, Mingəçevir su anbarında isə 9 nəfər saxlanılıb”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Balıq   Ov  





Xəbər lenti