Azəryol və Fənərbaxça görüşü

 Azəryol və Fənərbaxça görüşü
  01 Mart 2014    Oxunub:1118
`Azəryol` –`Fənərbaxça` voleybol görüşü başlayıb.
Martın 1-də Bakının qadın voleybolçulardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının yarımfinal mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

AzVision.az xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində keçirilən oyunda “Azəryol” Türkiyənin “Fənərbaxça” kollektivi ilə qarşılaşır.

Görüşü slovakiyalı İqor Porvaznik idarə edir. Onun köməkçisi isə estoniyalı Tomas Murulodur.

Komandalar arasında Türkiyədə keçirib ilk oyunda “Fənərbaxça” kollektivi 3:0 hesabı ilə qalib gəlmişdi.



Teqlər:





Xəbər lenti