Nişanda iştirak edən 20 nəfər məsuliyyətə cəlb edildi

Nişanda iştirak edən 20 nəfər məsuliyyətə cəlb edildi
  12 Aprel 2021    Oxunub:1607
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Zabrat qəsəbəsində yaşayan Ö.Bəşirovun sanitariya-gigiyena və karantin rejim qaydalarını pozaraq evində övladına nişan mərasimi təşkil etdiyi məlum olub.
Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polislər tərəfindən mərasimin qarşısı alınıb.

Orada iştirak edən ümumilikdə 20 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti