Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçmək istədilər

Polisə xəsarət yetirərək azad olunan ərazilərə keçmək istədilər
  10 Aprel 2021    Oxunub:3089
Aprelin 9-da saat 18.15 radələrində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Seyidəhmədli kəndindən Alxanlı kəndi istiqamətində nəzarət postundan kənar yollarla icazəsiz olaraq keçən “VAZ-2106” markalı avtomobilin sürücüsünə növbəti nəzarət postunda “saxla” işarəsi verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, sürücü polis əməkdaşının qanuni tələbinə tabesizlik göstərərək, avtomobili onların üzərinə sürməklə polis əməkdaşının və Daxili Qoşunların hərbi qulluqçusunun ayaq nahiyələrinə xəsarət yetirərək ərazidən uzaqlaşmağa cəhd göstərib.

Keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobilin rayonun Kərimbəyli kəndində saxlanılaraq Füzuli RPŞ-yə gətirilməsi təmin olunub. Araşdırmalarla sürücü və sərnişinin Beyləqan rayon sakinləri Zamir Əhmədov və əvvəllər məhkum edilmiş Zamiq Fərzəliyev olduğu, onların əlvan metal yığmaq məqsədi ilə həmin ərazilərə keçmələri müəyyən olunub.

Hazırda faktla bağlı Füzuli RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qarabağ  





Xəbər lenti