Daha 18 koronavirus xəstəsi saxlanılıb

Daha 18 koronavirus xəstəsi saxlanılıb
  10 Aprel 2021    Oxunub:2265
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 9-da respublika ərazisində 18 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.
DİN-dən Azvision.az -a bildirilib ki, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməkləyaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərininpozulması) maddəsi ilə 1 nəfər barəsində cinayət işi başlanılıb. Hazırda istintaqaraşdırmaları davam etdirilir.

Bir daha vətəndaşlarımızdan koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edirik.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti