Evdə köməksiz qalan şəxs xilas edildi

Evdə köməksiz qalan şəxs xilas edildi
  10 Aprel 2021    Oxunub:1956
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti