“Bəy hamamı”nda karantini pozdular

“Bəy hamamı”nda karantini pozdular
  09 Aprel 2021    Oxunub:1738
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, İmişli RPŞ-yə rayon ərazisindəki “Bəy hamamı”nın karantin qaydalarına zidd olaraq fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar adıçəkilən ünvana baxış keçirilən zaman sanitar-gigiyena və karantin qaydalarının pozulduğu aşkar edilib.

Polis əməkdaşları tərəfindən obyekt işçiləri və müştərilər daxil olmaqla 8 nəfər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Azvision.az


Teqlər: DİN   Hamam  





Xəbər lenti