Lənkəranda karantini pozanlara qarşı reyd keçirildi

Lənkəranda karantini pozanlara qarşı reyd keçirildi
  08 Aprel 2021    Oxunub:1984
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə növbəti reyd təşkil olunub.

Polis əməkdaşları bir daha sakinlər arasında profilaktik söhbətlər apararaq onları tibbi maskalardan istifadə etməyin zəruriliyi barədə məlumatlandırıblar.

Qapalı və açıq məkanlarda, həmçinin ictimai nəqliyyatda, taksi xidməti göstərən nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sürücü və sərnişinlər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar barəsində qanunamüvafiq tədbirlər görülüb.

Qapalı məkanlarda və ictimai nəqliyyatda sosial məsafənin gözlənilməsilə bağlı bir daha xəbərdarlıqlar edilib.

Azvision.az


Teqlər: Lənkəran  





Xəbər lenti