“Moneygram”ın Qarabağdakı fəaliyyəti barədə rəsmi açıqlama
Məlumatda həmçinin deyilir ki, bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə müvafiq addımlar atılıb.
"Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə işğal altında olan ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən “Moneygram” pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.
AMB bununla əlaqədar bildiriri ki, həqiqətən də “Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə işğal altında olan əraziləriə qanunsuz fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə, beynəlxalq prinsiplərə müvafiq olaraq ölkə ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə, 2008-ci ildən etibarən “Moneygram” pul köçürmə sisteminin ölkədə fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyil.
AMB eyni zamanda ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyub".
Azvision.az
Teqlər: Mərkəzi-Bank Qarabağ