Göyçayda çörək sexində nöqsanlar aşkarlandı

Göyçayda çörək sexində nöqsanlar aşkarlandı
  06 Aprel 2021    Oxunub:1673
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Azvision.az xəbər verir ki, agentlik əməkdaşları tərəfindən Göyçay şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Nağıyev Tərlan Məmmədtağı oğluna məxsus çörək və un məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə sanitar-gigiyena qaydalarına əməl olunmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin rəhbərliyi inzibati qaydada məsuliyyətə cəlb olunub. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti