Şəmkirdə qadın qohumu tərəfindən öldürülüb

   Şəmkirdə qadın qohumu tərəfindən öldürülüb
  06 Aprel 2021    Oxunub:1777
Şəmkir rayonunda qətl hadisəsi olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, aprelin 5-də rayonun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla bu cinayət əməlinin mərhumun qohumu R.Tağıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib. Ondan A.Alıyevadan götürdüyü 10 000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: Şəmkir   Qətl   Qohumu  





Xəbər lenti