Bütün təhsil işçiləri vaksinasiya olunacaq

 Bütün təhsil işçiləri vaksinasiya olunacaq
  03 Aprel 2021    Oxunub:3661
Növbəti həftədən etibarən yaşından asılı olmayaraq, bütün təhsil işçiləri vaksinasiya olunacaq.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən tədrisin təşkilinə dair verilmiş qərarla əlaqədar ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, vaksinasiyanın əhatəsi genişləndikcə ənənəvi qaydada tədrisə qayıtmaq mümkün olacaq.

“Məktəbəqədər təhsil müəssisələri, bağçalar, məktəbdənkənar müəssisələr, ali təhsil müəssisələri və digərlərində çalışan hər bir şəxsə vaksinlərin vurulması prosesinə başlanılacaq. Müəllimlər, yaşlı insanlar və bütün vətəndaşlar üçün vaksinləri yetəri qədər var”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Müəllim   Təhsil  





Xəbər lenti