10 vergi ödəyicisi qanunvericiliyin tələblərini pozdu

10 vergi ödəyicisi qanunvericiliyin tələblərini pozdu
  03 Aprel 2021    Oxunub:2026
Mart ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 10 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 7 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Azvision.az


Teqlər: Naxçıvan   Vergi  





Xəbər lenti