AQTA Sabirabadda kafeni bağladı

AQTA Sabirabadda kafeni bağladı
  02 Aprel 2021    Oxunub:2157
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Sabirabad rayonu, Şəhriyar kəndi, Şirvab-Sabirabad magistral yolunda fəaliyyət göstərən, fiziki şəxs Bahadirova Leyli Hüseyn qızına məxsus kafedə yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub. Müəssisədə sanitariya-gigiyena norma və qaydalarının pozulduğu, ərzaqların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, temperatur və rütübət rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinsekiya və deratizasiya tədbirlərinin aparılmadığı aşkar olunub. Həmçinin işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Azvision.az


Teqlər: AQTA   Sabirabad  





Xəbər lenti